Kattegat

Katteqat
dan. Kattegat, isv. Kattegatt
"Nakkehoved" mayakından İsveç görüntüsü
"Nakkehoved" mayakından İsveç görüntüsü
Ümumi məlumatlar
Eni 60-120 km
Uzunluğu 200 km
Ən böyük dərinliyi 50 m
Yerləşməsi
56°55′42″ şm. e. 11°25′41″ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Ayırır Skandinaviya yarımadası ilə Yutlandiyanı
Katteqat xəritədə
Katteqat
Katteqat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KatteqatYutlandiya yarımadasının şərq sahili və Skandinaviya yarımadasının cənub-qərb hissəsinin arasında yerləşən boğaz. Skagerrak, Öresund, KiçikBöyük Belt boğazları ilə Şimal dənizini Baltik dənizi ilə birləşdirir. Uzunluğu təqribən 200 km, eni cənubda 122, şimalda isə 60 km-dir. Dərinliyi 1030 m, şimal hissəsində 50 m və ya daha dərindir.

Boğazda iki cərəyan var: az duzlu, dərinə getməyən və şimala yönlənən, bir də daha duzlu, dərinə gedən və cənuba yönlənən. Sahil suları qışda donur.

Katteqat adı holland dənizçi jarqonundan əmələ gəlib. Əvvəlcə "pişik qapısı" (nid. kat — «pişik» və gat— «yarıq») mənasını daşıyan bu sözü naviqasiya üçün mürəkkəb olan dar boğazlara aid edirdilər.[1][2]

  1. Den Store Danske Encyklopædi (2004), CD-ROM edition, Copenhagen: Gyldendal, entry Kattegat.
  2. Nudansk Ordbog (1993), 15th edition, 2nd reprint, Copenhagen: Politikens Forlag, entry Kattegat.

Kattegat

Dodaje.pl - Ogłoszenia lokalne