Kepler 62 "narıncı cırtdan" sinfinə aid olan ulduzlardandır. Ulduzun kütləsi Günəşin 69% -ni, radiusu isə Günəşin radiusunun 64%-ni təşkil edir. Səthindıki tempratur 4925 ± 70 К təşkil edir. Ulduzun yaşını 7 milyard il hesablayırlar (Günəşin yaşı 4.6 milyard il). Ulduz adi gözlə görünmür.
2013-cü ilin axırlarında Kepler −62 ulduzunun beş ekzoplaneti kəşf olunub. Kepler −62f, Kepler −62e, Kepler −62d, Kepler −62c, Kepler −62b. Kepler −62f və Kepler −62e təxminən Yerdən 1.5 dəfə böyükdür. Bu iki planetin səthi bərk və atmosferi olduğu müəyyın edilir. Kepler −62e-nin səthi bütöv okeanla örtülməsi də təxmin olunur. Kepler −62f — i isə Veneraya bənzədirlər.