Kivu | |
---|---|
Lake Kivu | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.463 m |
Eni | 48 km |
Uzunluğu | 89 km |
Sahəsi | 2700 km² |
Həcmi | 500 km³ |
Dərin yeri | 480 m |
Orta dərinliyi | 240 m |
Axan çay | Ruzizi |
Yerləşməsi | |
1°51′11″ c. e. 29°08′07″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kivu — Şərqi Afrikada, Zair (KDR) və Ruanda respublikaları sərhədində göl.
Sahəsi 2,7 min km², dərinliyi 496 m-ə qədərdir. Tektonik çökəklikdə, 1460 m yüksəklikdədir. Ruzizi çayı vasitəsilə Tanqanika gölünə axarı var. Gəmiçiliyə yararlıdır. Əsas limanları və gəmi dayanacaqları: Bukavu, Qoma, Kisenyi və Şanququ. Gölün ətrafı milli parkdır. Kivu gölünü 1894-cü ildə alman səyyahı A. fon Gettsen kəşf etmişdir.