Ko-marketinq (ing. co-marketing) və ya müştərək marketinq — ümumi məqsəd və vəzifələri olan vahid kompleks prosesi təmsil edən xidmət və malların yaradılmasının, habelə onların bazarda satışı mexanizmlərinin birgə idarə edilməsidir. Daha dar mənada ko-marketinq bazarda məhsulu birgə satan iki və ya daha çox sahibkarlıq subyekti arasında formal əlaqə kimi qəbul edilir. Şirkətlərin fəaliyyətinin açıq şəkildə özünütəşkilati xarakteri əməkdaşlığın yeni formalarını yaradır və onları təyin etmək üçün istifadə olunan bir sıra yeni terminlərin yaranmasına kömək edir: dual branding (ikili brendinq), cross-marketing (kross-marketinq), coalition loyalty program (koalisiya loyallıq proqramı), co-branding (ko-brendinq)[1].