Konsensus (lat. consensus razılıq, ümumi rəy deməkdir) — beynəlxalq konfranslarda, müşavirələrdə və təşkilatlarda qərarın və ya müqavilənin mətninin iştirakçıların ümumi razılığı ilə formal səsvermə keçirilmədən razılığa gəlməsi. Məsələn Avropada Təhlükəsizlik və əməkdaşlığa dair müşavirənin (1975) yekun aktı konsensusla qəbul olunmuşdur. Konsensus dövlətlər arasında razılığın əldə edilməsində böyük rol oynayır.