Kontrasepsiya (contraceptio - istisna etmək) — mexaniki (prezervativlər, servikal qapaqlar və s.), kimyəvi (məsələn, vaginal toplar, qramisidin pastası) və digər kontraseptivlər və üsullarla hamiləliyin qarşısının alınması.
Bəzi üsullar (xüsusilə də prezervativ) İİÇV və digər cinsi yolla keçən xəstəliklərə yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.
Fransızlar XVIII əsrin ortalarında kontrasepsiyadan istifadə edərək doğum nisbətini məhdudlaşdırmağa başlamaqla, digər Avropa xalqlarından xeyli qabaqlamışdılar.[1]