Koramal (lat.Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. Görünüş və davranışlarına görə tez-tez ilanlarla səhv salınır. İnsanlar üçün zərərsizdir. Yumurta qoyurlar.[2]
Koramallar çox vaxt bağlarda və əkinçilik sahələrində faydalı hesab olunurlar, çünki onlar zərərvericilərlə mübarizə aparmağa kömək edir.[3] İlk növbədə böcəklər, qurdlar və ilbizlərlə qidalanırlar.[4] Təhlükədə olduqları zaman yüksək səslə fısıldayarırlar.