Korrida (isp. corrida – qaçış, cəld hərəkət) və ya öküz döyüşü — ispan milli tamaşası. Mənşəcə qədimdə Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır. Orta əsrlərdə korrida yalnız nizə ilə silahlanmış atlı senyorlar iştirak edirdilər. Peşəkar ifaçılardan (torero) ibarət müasir tamaşa kimi 18 əsrin əvvələrində formalaşmışdır. Korrida iştirakçıları 12-14 nəfər olur. Cəld hərəkətlə şpaqanı öküzün süysününə sancaraq onu öldürən matador (espada) korridada əsas simadır. Digər torerolar bu işdə ona kömək edirlər. Onların bəzisi al rəngli plaşlarla öküzü hirsləndirir, bəziləri (atlı pikadorlar) nizənin ucu ilə onu qıcıqlandırır, digərləri isə qıcaqlandırıcı harpunları (banderilya) heyvanın boynuna sancırlar. Portuqaliya, Cənubi Fransa və Latın Amerikası ölkələrində də təşkil olunur.
2012-cu ilin yanvarında İspaniyanın Kataloniya parlamenti korridaya qoyulan qadağanı təsdiq edib. Bu qadağa 2012-ci lin fevralın 23-dən qüvvəyə minəcək. Yeni qanunun qəbuluna səbəb 180 min nəfərin imzası ilə daxil olan petisiya olub. Orada korrida həddən artıq sərt və köhnəlmiş əyləncə növü kimi göstərilib. Kataloniya İspaniya vilayətləri içərisində korridaya qadağa qoyan ilk vilayət olub.[1]