Kortizol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C₂₁H₃₀O₅[1] |
Molyar kütlə | 0 kq[1] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 214 °C[2], 212,5 °C[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 50-23-7 |
PubChem | 5754 |
ChEBI | 17650 |
ChemSpider | 5551 |
Kortizol (hidrokortizon) — böyrəküstü vəzilərdə istehsal olunan hormon. Bədəndəki stressi tənzimləyir, qan təzyiqi səviyyəsinə, zülalların, yağların və karbohidratların mübadiləsinə təsir göstərir. Steroid xarakterli bioloji aktiv qlükokortikoid hormonu, yəni onun strukturunda steran nüvəsi var. Kortizol adrenokortikotrop hormonun (ACTH - hipofizin hormonu) təsiri altında böyrəküstü vəzilərin xarici təbəqəsi (korteks) tərəfindən ifraz olunur. ACTH-nin ifrazı, öz növbəsində, hipotalamusun müvafiq relizinq faktoru (CRH - kortikotropin azad edən hormon və ya kortikoliberin ) tərəfindən stimullaşdırılır.
Böyrəküstü vəzlərinin hiperfunksiyası Kuşinq xəstəliyinin klinik mənzərəsinə gətirib çıxarır, qeyri-kafi funksiya Addison xəstəliyi adlanır. Bundan əlavə, kortizol böyümənin tənzimlənməsində iştirak edir.