Kosmetika

Kozmetika — insanı daha cazibədar etmək və ya görünüş problemlərini aradan qaldırmaq üçün istifadə edilən məhsullardır. Kosmetikanın bir alt sahəsi olan makiyaj; üzə və ətrafına gözəllik vəya fərqli görünüş vermək üçün tətbiq edilən dodaq boyası, dırnaq boyası, tuş və tonal krem kimi kosmetik məhsul və prosedurları əhatə edir.[1] Saç baxımı və dəriyə qulluq məhsulları, saç boyası, saç spreyi, saç geli, ətir, makiyaj fırçaları, yağlar və kremlər kimi bir çox məhsul kosmetika kimi təsnif edilir. Kosmetoloji xidmətlər gözəllik salonlarında, klinikalarda, poliklinikalarda, xəstəxanalarda və ya fərdi qaydada evdə həyata keçirilə bilər. Dünyada L'Oréal, Maybelline, IsaDora, Kiehl's, Coty, Wella, Faberlic, Oriflame, Chanel, Johnson & Johnson, Procter & Gamble, Unilever, Shiseido, Beiersdorf, LVMH, Kao, Mary Kay, Revlon və Estée Lauder Companies, Dolce Gabbana və Gucci kimi böyük kosmetik şirkətlər məşhurdur. Nadir hallarda kişi kosmetikası da geniş yayılmışdır. Dünya kosmetika sənayesi hazırda təxmini illik 170 milyard ABŞ dolları həcmində dövriyyə yaradır.

  1. Schneider, Günther; Gohla, Sven; Schreiber, Jörg; Kaden, Waltraud; Schönrock, Uwe; Schmidt-Lewerkühne, Hartmut; Kuschel, Annegret; Petsitis, Xenia; Pape, Wolfgang. Skin Cosmetics. Ullmann's Encyclopedia of Industrial Chemistry (ingilis). John Wiley & Sons, Ltd. 2001. doi:10.1002/14356007.a24_219. ISBN 978-3-527-30673-2. OCLC 910197915. 21 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.

Kosmetika

Dodaje.pl - Ogłoszenia lokalne