Krez | |
---|---|
q.yun. Κροῖσος | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. e.ə. 596 |
Vəfat tarixi | təq. e.ə. 546 |
Vəfat yeri |
|
Vəfat səbəbi | yanaraq ölmə[d] |
Fəaliyyəti | dövlət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Krez (təq. e.ə. 596 – təq. e.ə. 546, Sardı[d], Manisa ili) — (İslam qaynaqlarında keçən adıyla Karun) Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560–546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.