Lampedusa | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Hündür nöqtəsi | 133 m |
Əhalisi |
|
Yerləşməsi | |
35°31′ şm. e. 12°35′ ş. u.HGYO | |
Ölkə | |
Vilayət | |
Rayon |
|
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lampedusa (yun. Λοπαδούσσα Lopadoussa; it. Isola di Lampedusa) — İtaliyanın Siciliya bölgəsinə bağlı ada. Aralıq dənizində yerləşən ada Peleqi adalar qrupuna daxilidir və bura daxil olan üç adadan ən böyüyü sayılır. Peleqi adalarına daxil olan digər iki ada isə Linosa və Lampione adalarıdır. Adanın əsas xüsusiyyəti İtaliyanın ən ucqarda yerləşən torpaq sahəsi olmasıdır. Lampedusa adası Şimali Afrika sahillərinə ən yaxın olan Avropa adalarından biridir. Şimali Afrika ölkəsi olan Tunisin sahil ərazilərindən adaya olan məsafə 113 kmdir. Adanın inzibati cəhətdən bağlı olduğu Siciliya olan məsafə 205, Maltaya olan məsafə isə 176 kmdir.[3]
Lampedusa adasının sahəsi 20 km² təşkil edir və adanın ümumi əhalisi 4.500 nəfərə yaxındır. Ada əhalisi əsasən, balıqçılıq, turizm və kənd təsərrüfatı ilə məşğul olur. Siciliyanın liman şəhərlərindən olan Porto Empedokle ilə Lampedusa adasına müntəzəm gəmi səfərləri təşkil edilir və ada əhalisi İtaliya ilə olan bağlantılarını əsasən bu səfər üzərindən həyata keçirirlər. Hava daşımaları üçün nəzərdə tutulmuş Lampedusa Regional Hava Limanından Kataniya və Palermo şəhərlərinə uçuşlar həyata keçirilməkdədir. Yay aylarında isə Milan və Roma şəhərlərindən mövsümlük turistik uçuşlar icra olunur.
2000-ci illərdən etibarən Lampedusa adası Şimali Afrikadan gələn qanunsuz miqrantların axınına məruz qalmaqdadır. Qaçaq gəmilərlə Şimali Afrika sahilləridən yola çıxan gəmilərin çoxu Aralıq dənizində batıb. 2015-ci ilin aprel ayında baş verən qəzalar nəticəsində 1.500 nəfərdən çox Afroamerikalı şəxs boğularaq vəfat etmişdir.