Liberalizm

Liberalizm
İdeyalar
Azadlıq
KapitalizmBazar iqtisadiyyatı
İnsan hüquqları
Hüquqi dövlət
İctimai müqavilə
BərabərlikMillət
PlüralizmDemokratiya
İdeyadaxili hərəkatlar
Libertarianlıq
Neoliberalizm
Sosial-liberalizm

[şablon]

Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə.[1][2][3] Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər.[4][5][6][7][8][9][10] Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır.[11][12][13]

Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır.[14] Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır.[15] Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.[16]

1688-ci ildə baş vermiş Şanlı inqilabın,[17] 1776-cı ildə baş vermiş Amerika inqilabının və 1789-cu ildə baş vermiş Böyük Fransa inqilabının rəhbərləri kral tiraniyasını aradan qaldırmağa haqq qazandırmaq üçün liberal fəlsəfədən istifadə etmişdir. Liberalizm Böyük Fransa inqilabından sonra sürətli şəkildə yayılmağa başlamışdır. XIX əsrdə Avropa və Latın Amerikasında liberal hökumətlərin formalaşmış, Birləşmiş Ştatlardakı respublikaçılıq hərəkatına köklənmişdir.[18] Termin Viktoriya dövrü Böyük Britaniyasında siyasi müəssisələrin tənqidi, xalq adından elmə və səbəbə yönəlmə kimi qəbul edilirdi.[19] XIX əsrin axırları və XX əsrin əvvəllərində Osmanlı imperiyasında, o cümlədən Orta Şərqdə güclənən liberal cərəyan TənzimatƏrəb maarifçiliyi (ərəb. النهضة العربية‎‎) kimi islahat dövrlərinin baş verməsinə, eləcə də konstitusionalizm, milliyətçilik və sekulyarizmin yüksəlməsinə gətirib çıxarmışdır. Bu dəyişikliklər digər amillər ilə birlikdə İslam daxilində böhran hissi yaratmışdır, hansı ki, bu günə kimi davam edir və İslam dirçəlişçiliyinin yaranmasına səbəb olmuşdur. 1920-ci illərdən əvvəl liberalizmin əsas ideoloji rəqibləri kommunizm, konservatizm və sosializm olmuşdur,[20] ancaq bu siyasi fəlsəfə daha sonra liberalizmin yeni rəqiblərinə çevrilən faşizm, nasizm və markizm-leninizm ilə böyük ideoloji qarşıdurmalar yaşamışdır. Liberal ideyalar XX əsrdə daha güclü bir şəkildə yayılmışdır, xüsusilə də Qərbi Avropada. Bunun səbəbi liberal demokratiyaların Birinci Dünya müharibəsində və İkinci Dünya müharibəsində qalib tərəf olmasıdır.[21]

Avropa və Şimali Amerikada sosial liberalizmin[a] əsasının qoyulmasının sosial rifah dövləti anlayışının genişlənməsində böyük rolu olmuşdur.[22] Liberal partiyalar indiki dövrdə də dünya boyunca əhəmiyyətli qüvvə və təsirə malikdir. Buna baxmayaraq, Afrika və Asiyada liberalizmə qarşı çıxılır. Müasir cəmiyyətin fundamental elementləri liberalizmə əsaslanır. Erkən liberalizm dalğaları iqtisadi fərdiyyətçilik anlayışını populyarlaşdırmış, eyni zamanda konstitusiyalı hökumət və parlament səlahiyyətinin əhəmiyyətini artırmışdır.[14] Liberallar söz azadlığı, birləşmək azadlığı, müstəqil və ictimai məhkəmə və aristokratik üstünlüklərin ləğvi kimi indiki dövrdə böyük əhəmiyyət daşıyan fərdi azadlıqları adi hala salmışdır.[14] Müasir liberalizmin növbəti maarifçilik və mübarizə dalğaları mülki hüquqların böyüdülməsini hədəfləmişdir.[23] Liberallar mülki hüquqların təmin edilməsi dalğası zamanı gender və irqi bərabərliyi müdafiə etmişdir. XX əsrdə baş vermiş lobal mülki hüquq hərəkatları hər iki hədəfdə böyük nailiyyətlər əldə etmişdir.

  1. "liberalism In general, the belief that it is the aim of politics to preserve individual rights and to maximize freedom of choice." Concise Oxford Dictionary of Politics, Iain McLean and Alistair McMillan, Third edition 2009, ISBN 978-0-19-920516-5.
  2. "political rationalism, hostility to autocracy, cultural distaste for conservatism and for tradition in general, tolerance, and […] individualism". John Dunn. Western Political Theory in the Face of the Future (1993). Cambridge University Press. ISBN 978-0-521-43755-4.
  3. "With a nod to Robert Trivers' definition of altruistic behaviour" (Trivers, 1971. səh. 35), Satoshi Kanazawa defines liberalism (as opposed to conservatism) as "the genuine concern for the welfare of genetically unrelated others and the willingness to contribute larger proportions of private resources for the welfare of such others" (Kanazawa, 2010. səh. 38).
  4. "The Liberal Agenda for the 21st Century". 7 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 March 2015.
  5. Nader Hashemi. Islam, Secularism, and Liberal Democracy: Toward a Democratic Theory for Muslim Societies. Oxford University Press. 2009. ISBN 978-0-19-971751-4. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21. Liberal democracy requires a form of secularism to sustain itself
  6. Kathleen G. Donohue. Freedom from Want: American Liberalism and the Idea of the Consumer (New Studies in American Intellectual and Cultural History). Johns Hopkins University Press. 19 December 2003. ISBN 978-0-8018-7426-0. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2007. Three of them – freedom from fear, freedom of speech, and freedom of religion – have long been fundamental to liberalism.
  7. "The Economist, Volume 341, Issues 7995–7997". The Economist. 1996. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2007. For all three share a belief in the liberal society as defined above: a society that provides constitutional government (rule by law, not by men) and freedom of religion, thought, expression and economic interaction; a society in which […]
  8. Sehldon S. Wolin. Politics and Vision: Continuity and Innovation in Western Political Thought. Princeton University Press. 2004. ISBN 978-0-691-11977-9. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2007. The most frequently cited rights included freedom of speech, press, assembly, religion, property, and procedural rights
  9. Edwin Brown Firmage; Bernard G. Weiss; John Woodland Welch. Religion and Law: Biblical-Judaic and Islamic Perspectives. Eisenbrauns. 1990. ISBN 978-0-931464-39-3. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2007. There is no need to expound the foundations and principles of modern liberalism, which emphasises the values of freedom of conscience and freedom of religion
  10. Lalor, John Joseph. Cyclopædia of Political Science, Political Economy, and of the Political History of the United States. Nabu Press. 1883. səh. 760. İstifadə tarixi: 31 December 2007. Democracy attaches itself to a form of government: liberalism, to liberty and guarantees of liberty. The two may agree; they are not contradictory, but they are neither identical, nor necessarily connected. In the moral order, liberalism is the liberty to think, recognised and practiced. This is primordial liberalism, as the liberty to think is itself the first and noblest of liberties. Man would not be free in any degree or in any sphere of action, if he were not a thinking being endowed with consciousness. The freedom of worship, the freedom of education, and the freedom of the press are derived the most directly from the freedom to think.
  11. Adams, Sean; Morioka, Noreen; Stone, Terry Lee. Color Design Workbook: A Real World Guide to Using Color in Graphic Design. Gloucester, Mass.: Rockport Publishers. 2006. 86. ISBN 1-59253-192-X. OCLC 60393965.
  12. Kumar, Rohit Vishal; Joshi, Radhika. "Colour, Colour Everywhere: In Marketing Too". SCMS Journal of Indian Management. 3 (4). October–December 2006: 40–46. ISSN 0973-3167. SSRN 969272.
  13. Cassel-Picot, Muriel "The Liberal Democrats and the Green Cause: From Yellow to Green" in Leydier, Gilles and Martin, Alexia (2013) Environmental Issues in Political Discourse in Britain and Ireland. Cambridge Scholars Publishing. p.105 Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine. ISBN 9781443852838
  14. 1 2 3 Gould, p. 3.
  15. "All mankind […] being all equal and independent, no one ought to harm another in his life, health, liberty, or possessions", John Locke, Second Treatise of Government
  16. Kirchner, p. 3.
  17. Steven Pincus. 1688: The First Modern Revolution. Yale University Press. 2009. ISBN 978-0-300-15605-8. İstifadə tarixi: 7 February 2013.
  18. Milan Zafirovski. Liberal Modernity and Its Adversaries: Freedom, Liberalism and Anti-Liberalism in the 21st Century. Brill. 2007. səh. 237. ISBN 978-9004160521. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
  19. Eddy, Matthew Daniel. "The Politics of Cognition: Liberalism and the Evolutionary Origins of Victorian Education". British Journal for the History of Science. 50 (4). 2017: 677–699. doi:10.1017/S0007087417000863. ISSN 0007-0874. PMID 29019300.
  20. Koerner, Kirk F. Liberalism and Its Critics. London: Routledge. 1985. ISBN 978-0-429-27957-7. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
  21. Conway, Martin. The Limits of an Anti-liberal Europe // Gosewinkel, Dieter (redaktor). Anti-liberal Europe: A Neglected Story of Europeanization. Berghahn Books. 2014. səh. 184. ISBN 978-1-78238-426-7. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21. Liberalism, liberal values and liberal institutions formed an integral part of that process of European consolidation. Fifteen years after the end of the Second World War, the liberal and democratic identity of Western Europe had been reinforced on almost all sides by the definition of the West as a place of freedom. Set against the oppression in the Communist East, by the slow development of a greater understanding of the moral horror of Nazism, and by the engagement of intellectuals and others with the new states (and social and political systems) emerging in the non-European world to the South
  22. "Liberalism in America: A Note for Europeans" Arxivləşdirilib 2018-02-12 at the Wayback Machine by Arthur M. Schlesinger Jr. (1956) from: The Politics of Hope (Boston: Riverside Press, 1962). "Liberalism in the U. S. usage has little in common with the word as used in the politics of any other country, save possibly Britain."
  23. Worell, p. 470.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


Liberalizm

Dodaje.pl - Ogłoszenia lokalne