Lukayanlar — Xristofor Kolumbun gəlişi zamanı Baham adalarında yaşayan aravak qəbiləsinin adı. Bunlar ispanların görüşdüyü ilk yerli amerikalılar idi (12 oktyabr 1492-ci il). Dinc xalq idi. Kolumbun gəlişindən əvvəl 40 mindən çox lukayanın olduğu güman edilir, lakin Kolumbun və onun yoldaşlarının meydana çıxmasından sonra baş tutan quldarlıq, xəstəlik və digər çətinliklər səbəbindən 1517-ci ilə qədər onlar demək olar ki, tamamilə yox olmuşdur.[1][2]