MIDI (ing. Musical Instrument Digital Interface) – musiqi alətlərinin rəqəmli interfeysi; musiqi sintezatorlarının, musiqi alətlərinin və kompüterlərin birləşməsini nəzərə alan ardıcıl interfeys standartı. MIDI standartı həm aparat vasitələrinə, həm də kodlaşdırma və ötürmə üsullarına aid edilir. Musiqi və səs MIDI-qurğular arasında ötürülür. Standartın aparat vasitələrinə aid olan hissəsi MIDI-portlar adlanan giriş-çıxış kanallarının tiplərini müəyyənləşdirir və MIDI In, MIDI Out və MIDI Thru kimi üç port tipinə qoşulan MIDI kabelinin spesifik tipini müəyyənləşdirir. Sintezator və ya başqa MIDI-qurğu məlumatı MIDI In portundan alır, məlumatların ekranda əks olunması MIDI Thru portu vasitəsilə yerinə yetirilir ki, bu da başqa qurğuların da onları almasına imkan verir. MIDI-qurğular özlərinə məxsus məlumatları digər qurğulara MIDI Out poru vasitəsilə göstərir.
İnformasiya MIDI-qurğular arasında səs parametrlərinin kodlaşdırıldığı (məsələn, tonun yüksəkliyi və səsin ucalığı 8-baytlıq formatda) MIDI-məlumatlar şəklində ötürülür. MIDI-qurğulardan musiqinin yaradılması, yazılması və səsləndirilməsi üçün istifadə etmək olar. MIDI standartından istifadə etməklə kompüterlər, sintezatorlar və sekvenserlər bir-biriylə əlaqə saxlaya bilər, bununla da həm vaxta qənaət edər, həm də faktiki olaraq musiqini idarə edərlər. Sintezator avadanlıqlarının əsas istehsalçıları tərəfindən MIDI standartından istifadə olunması musiqi sahəsində kompüterlərin böyük uğurunu təmin edib.