Multiprotocol Label Switching (MPLS) (azərb. Çoxprotokollu etiket kommutasiyası) — şəbəkə ünvanlarına deyil, etiketlərə əsaslanaraq məlumatları bir qovşaqdan digərinə yönləndirən telekommunikasiya şəbəkələrində rutinq texnikası.[1] Şəbəkə ünvanları son nöqtələri müəyyən edərkən etiketlər son nöqtələr arasında qurulmuş yolları müəyyən edir. MPLS müxtəlif şəbəkə protokollarının paketlərini əhatə edə bilər, bu səbəbdən adında multiprotokol sözü mövcuddur. MPLS T1/E1, ATM, Frame Relay və DSL daxil olmaqla bir sıra texnologiyaları dəstəkləyir.