Manqan

25 xrommanqandəmir
-

Mn

Tc
Ümumi
Ad, İşarə, Nömrə manqan, Mn, 25
Qrup, Dövr, Blok 7, 4, d
Xarici görünüşü
Atom kütləsi 54.938045 q/mol
Elektron formulu [Ar] 4s2 3d5
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 1246 °C
(1519 K, 2275 °F)
Qaynama temperaturu 2061 °C
(2334 K, 3742 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Manqan (Mn) – D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 25-ci element.

Batareyalarda depolarizator olaraq və şüşə üzərində dəmir çirkliliyi səbəbiylə yaranan yaşıl rəngi yox etmək üçün istifadə edilir. Ametist daşının rəngini verən də maqneziumdur. Polad və batareya istehsalında, dəmiryolu xəttlərinin və kassaların istehsalında, həmçinin keramika sənayesində istifadə edilir. Güclü bir oksidləşdirici olan permanqanat (MnO4), əczaçılıq işlərində kəmiyyət təhlillərdə istifadə edilir. Canlılar üçün əhəmiyyətli bir əsər element olan manqan, xüsusilə heyvanlarda B1 vitamini istifadəsində rol oynayır. Bitkilərdə manqanın miqdarı 0,001-0,01% (kütlə ilə) olur. Manqanın xeyli hissəsini bəzi pas göbələkləri, su qozu, su gülü, Leptothrix, Crenothrix növündə bakteriyalar və bəzi diatoma yosunları (Cocconies) özlərinə toplayır. Manqan bəzi fermentləri aktivləşdirir, fotosintezdə və C, B, E vitaminlərinin sintezində iştirak edir, şəkərlərin miqdarının artmasına və onların yarpaqlardan axmasına kömək edir, bitkilərin böyüməsini və toxumaların yetişməsini sürətləndirir. Amma, manqan qeyri-bərabər paylanır, məsələn, üzümün gövdələrinin 100q quru maddəsində o, 191 mq-a yaxın, köklərdə 130mq, giləmeyvələrdə 70mq-a yaxın olur.

Manqan çatışmadıqda üzvi maddələrin sintezi azalır, xlorofillin miqdarı az olur və bitki xloroz xəstəliyinə tutulur; yarpaqların üzərində, damarlar arasında xırda xlorotik ləkələr (ləkəli xloroz) əmələ gəlir, damarlar, hətta ən kiçik damarlar özləri isə yaşıl qalır. Kök sisteminin zəif inkişafı müşahidə olunur. Manqan çatışmazlığına daha çox həssas olan bitkilər çuğundur, kartof, alma, gilas və moruqdur.

Meyvə bitkilərində yarpaqların xloroz xəstəliyi ilə yanaşı, ağacların zəif yarpaqlanması və adi halda olduğundan daha erkən yarpaqların tökülməsi, kəskin manqan aclığı şəraitində isə qanadların yuxarı hissələrinin quruması və ölməsi müşahidə olunur. Aşağı temperaturlarda və yüksək nəmlikdə (payızlıq taxıl manqan çatışmazlığına erkən yazda çox həssas olur) manqan çatışmazlığı kəskinləşir.

Manqanı həddən çox toplayan bitkilərə bataqlıq baqulniki, dik duran qaytarma (güllərindən tibbdə istifadə olunur), çin çay kolu, adi qaragilə və evkaliptin bütün növləri aiddir.

Manqan artıqlığı şəraitində bitkilərin inkişafı pozulur: kaliforniya laləsində yarpaqlar solğun-yaşılı rəngdə olur, qərənfillərdə çiçəklərin özünə məxsus olmayan çəhrayı-qırmızı rəng qammaları əmələ gəlir, astrada isə özünə məxsus olmayan tünd purpur (tünd qırmızı) rəng əmələ gəlir.

Heyvanların orqanizmində manqanın miqdarı orta hesabla 0,0001%, insan orqanizmində isə 0,001% (bədənin kütləsinə nəzərən) olur. Sarı qarışqalar, bəzi molyuskalar və xərçəngəbənzərlər 0,01%-ə qədər manqan toplaya bilirlər.

Manqan zülallar, karbohidratlar və piylərin mübadiləsinə aktiv təsir edir.

Maddələr mübadiləsinin katalizatorudur, sümük toxumalarının formalaşmasında iştirak edir, ferment sistemlərinin fəaliyyəti və C, E, B qrupu vitaminlərin, xolinin, misin mübadiləsi üçün vacibdir, qanda xolesterinin miqdarını müəyyən səviyyədə saxlayır. Qanəmələgəlmə prosesinə təsir edir, antitelin (anticismin) əmələ gəlməsini sürətləndirir., mərkəzi sinir sisteminə təsir edir, çoxalma qabiliyyətinə təsir edir, immun sistemini qüvvətləndirir.

Alman alimlərindən biri hind donuzuna öldürücü dozada tetanus və dizenteriya bakteriyaları daxil etmişdir. Bundan sonra əgər yalnız titanus əleyhinə və dizenteriya əleyhinə zərdablar vurulurdusa, onda bunlar heyvana kömək etmirdi. Zərdabın və manqan xloridin birgə istifadəsi hind donuzlarını sağaldırdı. Manqan orqanizmə onun normal böyüməsi və inkişafı üçün minimal miqdarda lazımdır. Heyvanların və insanların manqana sutkalıq tələbatı bir neçə milliqramdır. (Hər gün insan qida ilə 3-8mq manqan qəbul edir). Fiziki yük artdıqda və günəş ışığı artdıqda manqana tələbat artır. Uşaqlar böyüklərə nisbətən manqana daha çox ehtiyac hiss edirlər. Yeni doğulmuş uşaqlar ana südündə manqan çatışmazlığını çox ağır keçirirlər.

Manqan çatışmadıqdaböyümənin ləngiməsi, cinsi yetkinliyin əmələ gəlməsinin ləngiməsi, skeletin formalaşmasında maddələr mübadiləsinin pozulması müşahidə olunur. Quşlarda qanadların inkişafı pozulur.

Sənayedə istifadə olunan manqan birləşmələri orqanizmə zəhərli təsir edə bilər. Əsasən, nəfəs yolu ilə orqanizmə daxil olan manqan parenximatoz orqanlarda (qara ciyər, dalaq), sümüklərdə, əzələlərdə toplanıb və bədəndən ləng, bir neçə illər ərzində çıxır. Havada manqan birləşmələrinin icazə verilən qatılığı 0,3 mq miqdarındadır. Hiss olunacaq zəhərlənmələr zamanı əsəb sisteminin xarakterik manqan parkinsonizmi sindromlu zədələnməsi müşahidə olunur.

Manqanın orqanizmə daxil olmasının əsas mənbələri aşağıdakılardır: bitki mənşəli məhsullar; kələm və digər yarpaqlı tərəvəzlər, buğda dənələri, yarma, çuğundur, giləmeyvələr (cır mərsin, qaragilə, moruq). Dərman bitkiləri: baqulnik, evkalipt, qaytarma.

Manqanın daha geniş məlum olan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır:

KMnO4 – kalium permanqanat

K2MnO4 – kalium manqanat

MnSO4 – manqan (II) sulfat

MnO2 – manqan (IV) oksid, pirolizit

Mn2O3 H2O – manqanit

MnCO3 – manqan şpatı, moruq şpatı

Manqan 1774-cü ildə İsveç kimyaçıları K. Şele və İ.Qan tərəfindən pirolirit MnO2 mineralını kömür ilə birgə közərtdikdə almışlar. Elementin adı yunan sözü “Manqanes” sözündən götürülüb təmizləyici deməkdir. (Şüşə bişirmə zamanı pirolizit mineralını şəffafılaşdırıcı təsirinə görə belə adlandırılıb). İnsan orqanizmində manqan atomlarının sayı 2,2∙1020, bir insan hüceyrəsində isə 2,2∙106. Tibbdə kalium permanqanat antiseptik vasitə kimi geniş istifadə olunur: yaralı və yanıqlı səthlərin yuyulması, sidik kisəsinin və sidik axarlarının yuyulması üçün. Hörümçək-karakurt dişlədikdə manqan (II) sulfatın vena daxilinə inyeksiyası.

Quru kalium permanqanat qızdırıldıqda aşağıdakı tənlik üzrə parçalanır:

2KMnO4 = K2MnO4 + MnO2 + O2

Bu reaksiyadan laboratoriyada oksigen almaq üçün istifadə olunur.

Pirolizit və manqanit manqanın qara metallurgiya üçün əhəmiyyətli filizləridir. Ferromqandan, manqanlı poladlar, güzgü çuqunu və s. almaq üçün istifadə olunur.

Müxtəlif temperaturlarda kalium permanqanatın 100 q suda həll olan miqdarları müxtəlifdir. 2,83 qr (0 °C-də); 4,10qr (10 °C-də); 6,4 qr (20 °C-də); 8,3 qr (30 °C-də); 11,2 qr (40 °C-də); 14,4 q (50 °C-də); 22,2 (60 °C-də);

Çay suyu qaynatdıqdan sonra ona bir neçə dənəcik kalim permanqanat atılması onu təhlükəsiz edir.


Manqan

Dodaje.pl - Ogłoszenia lokalne