Mehrqarh | |
---|---|
![]() | |
29°12′45″ şm. e. 67°40′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə. 7000 |
Ləğv olunub | e.ə. 2600 |
![]() |
Mehrqarh (bəl مہرگڑھ; urdu مہرگڑھ) — Pakistanda Bəlucistan əyalətinin Kacçi düzənliyində yerləşən neolit dövrünə aid arxeoloji ərazi (e.ə. 7000—e.ə. 2500/2000).[1] Bolan keçidinin yaxınlığında, Hind çayının qərbində və Pakistanın Kvetta, Kalat və Sibi şəhərlərinin arasında yerləşir. Ərazi 1974-cü ildə fransız arxeoloqları Jan-Fransua Jarrij və onun həyat yoldaşı Ketrin Jarrijin rəhbərlik etdiyi arxeoloji qrup tərəfindən aşkar edilmişdir. Mehrqarh 1974–1986-cı illərdə və 1997-ci ildən 2000-ci ilə qədər fasiləsiz olaraq qazılıb. Altı kurqanda arxeoloji material tapılıb və ərazidən 32.000-ə yaxın artefakt toplanıb. 495 akr (2.00 km²) ərazinin şimal-şərqində yerləşən Mehrqarhdakı ən erkən yaşayış məntəqəsi eramızdan əvvəl 7000-ci il ilə eramızdan əvvəl 5500-cü il arasında olan kiçik əkinçilik kəndi idi.