Melodram — ənənəvi dramaturgiya janrıdır. Kinematoqrafiyada xüsusilə geniş yayılmışdır. Kəskin intriqalar, xeyirlə şərin açıq şəkildə üz-üzə qarşılaşdırılması, ideal qəhrəman, iztirab çəkən qadın, məkrli cani, süjetin inkişafını müəyyənləşdirən təsadüfi və qəlbi sarsıdan hadisələr, tamaşaçıların hissləri ilə oynamaq, anlaşıqlı və nəsihətamiz əxlaq dərsləri melodramın xarekter əlamətləridir.[1][2]