Metamorfoza

Metamorfoza
lat. Metamorphoseon libri[1]
Janr epos
Müəllif Publi Ovidi Nazon
Orijinal dili latın dili
Yazılma ili təq. 0[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Metamorfoza» (lat. Metamorphoses) — qədim Roma şairi Publi Ovid Nazonun müxtəlif metamorfoz-çevrilmələrdən (insanları heyvanlara, bitkilərə, bürclərə, daşlara və s.) bəhs edən on beş kitabdan ibarət poema.

Kitaba YunanRoma mifologiyasından, folklordan və tarixi əfsanələrdən çevrilmələr haqqında hekayələr daxildir; onlar "tarixi" ardıcıllıqla təqdim olunur: dünyanın yaranma vaxtından (özü metamorfoz kimi qəbul edilir) Yuli Sezarın (ulduza çevrilməsinin hekayəsi) vaxtına qədər. Ümumilikdə 250 -yə yaxın belə hekayə var.

Poema Ovid tərəfindən Romada e.ə. 2-ci (Böyük Yuliya üçün sürgün ili) və 8-ci illər (Ovidin özünün sürgün ili) arasında yazılmışdır.

Poema öz əhatə dairəsinə görə unikal olan (Apollodorun “Mifoloji Kitabxanası” ilə birlikdə) qədim miflər toplusu kimi mühüm əhəmiyyət kəsb edir.

  1. Deutsche Nationalbibliothek Record #4123895-3 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Lexikon der Weltliteratur (alm.): Hauptwerke der Weltliteratur in Charakteristiken und Kurzinterpretationen. 1993. Vol. II. S. 902. ISBN 978-3-520-80803-5

Metamorfoza

Dodaje.pl - Ogłoszenia lokalne