Meyci | |
---|---|
yap. 明治天皇 | |
| |
3 fevral 1867 – 30 iyul 1912 | |
Əvvəlki | Komei[d] |
Sonrakı | Tayse |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 noyabr 1852 |
Vəfat tarixi | 30 iyul 1912 (59 yaşında) |
Vəfat səbəbi | şəkərli diabet |
Atası | Komei[d] |
Uşaqları | |
Çin adı | |
Era adı | Meyci dövrü |
Vəfatından sonrakı adı | 明治 |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur.
Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar.
Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir.
"Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi. Cənazənin önündə köhnə Yaponiya, arxasında isə yeni Yaponiya gəlirdi[1].