Miokard

Ürək divarının təbəqələri

Ürəyin əzələ qişası və ya Miokard (latınca myocardium, yunanca μυος — əzələ, καρδιά — ürək) — ürəyin əsas hissəsini təşkil edən orta təbəqəsinin, ürək əzələsinin adı.

Miokard ən qalın qişa olmaqla, iki tip kardiomiositlərdən təşkil olmuşdur.Tipik kardiomiositlər formaca eninəzolaqlı əzələ liflərindən ibarət olsa da, morfoloji və fizioloji xüsusiyyətlərinə görə ondan kəskin fərqlənir. Belə ki, tipik kardiomiositlər 50-120 mkm uzunluğunda, 15-20 mkm enində olmaqla sarkolemmaya, sarkoplazmaya və mərkəzdə yerləşən oval və ya uzun formalı 1-2 nüvəyə malikdir. Eninəzolaqlı əzələdən fərqli olaraq, ürəkdə belə kardiomiositlər dəstələr şəklində deyil, bir-birinə anastomozlaşır və tor - simolast şəklini alırlar


Miokard

Dodaje.pl - Ogłoszenia lokalne