Misteriya (latın dilində — ayin, ritual) — din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından biri.[1]
Misteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi. XV əsrin ortalarından başlayaraq misteriyaların həcmi get-gedə artırdı. "Apostolların Əməlləri haqda Misteriyada" artıq 60000-dən artıq sətrdən ibarət şeirlərdən ibarət idi. 1536-cı ildə səhnələşdirilmiş olan bu əsər 40 gün ərzində tamaşaçılar tərəfindən seyr edilib. Əksreformasiyanın tüğyan etdiyi vaxtda — XVI əsrin ortaları — misteriyaya qadağa qoyulur.