Mogikanlar | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | ingilis |
Dini | Protestantlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Mogikanlar[1] və ya mohikanlar[2] — Şimali Amerikada hindi tayfası. Müstəmləkəçiliyə qədər mogikanlar Hudzon çayı vadisində yaşamış, əkinçilik, ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Müstəmləkəçilik və irogezlərin basqınları nəticəsində mogikanların əksəriyyəti məhv edilmişdir. Onların qalanları bir neçə yerdəyişmədən sonra delavarların qalığı olan munsilərlə birlikdə Viskonsin ştatının Stokbric rezervasiyasında yerləşdirilmişdilər. İngilis dilində danışırlar. Dindarları xristiandır. Sayları təqribən 3,000 nəfərdir.[1]