Mulatlar

Barbadoslu mulat qız. Yağlı boya ilə işlənmiş rəsm. 1764-cü il

Mulatlar — avropeidneqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın AmerikasıKarib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir.

Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir.

Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var.


Mulatlar

Dodaje.pl - Ogłoszenia lokalne