Munteniya (rum. Muntenia, Rumınca tələffüz: [munˈteni.a]) və ya Böyük Valaxiya[1][2][3] — indiki Rumıniyada tarixi vilayət, tarixi Valaxiya vilayətinin şərq hissəsi. Şərqdə və cənubda Dunay çayı, qərbdə isə Olt çayı və Karpat dağları arasında yerləşir.
Olteniya, Moldova və Transilvaniya ilə həmsərhəddir.
Munteniyanın tarixi paytaxtı Tırqovişte, ən böyük şəhəri Buxarestdir.