Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya.[1] Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir.