NEFERTİTİ | |
---|---|
Nefertiti | |
Doğum tarixi | e.ə. 1370 |
Doğum yeri | Misir |
Vəfat tarixi | e.ə. 1330 |
Vəfat yeri | Misir |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | II Eye |
Fəaliyyəti | queen regnant[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Nefertiti — (Nefer-Neferu-Aton Nefertiti, qədim misircəsi Nfr-nfr.w-Jtn-Nfr.t-jty, təq. e.ə. 1370, Teben – təq. e.ə. 1330) Exnaton yeni krallığının, XVIII sülaləsinin qədim Misir fironunun "əsas həyat yoldaşı". Exnatonun və Nefertitinin hakimiyyət illəri "Amarna dövrü" olaraq tanınır. Bu dövr üçün səciyyəvi olan xüsusiyyət Atonun əsas tanrı elan edilməsi və dini islahatların (atonizm) keçirilməsidir. Kraliçanın "günəşə sitayiş etmə" islahatının aparılmasında olan rolu mübahisəli mövzulardandır.[1]
Elmi ictimaiyyətdə mübahisəli olan Nefertitinin qadın firon olan Nefernefruaton ilə eyniləşdirilməsidir. Ehtimal edilir ki, o, təxminən 2 il hakimiyyətdə olub. Kraliça, 1912-ci ildə Ludvig Borxardt ekspedisiyası tərəfindən aşkar edilən, amarn sənətinin həqiqi bir tərzində olan heykəltaraşlıq büstü ilə məşhurdur. Büst hal-hazırda Berlinin “Yeni Muzeyində” təqdim olunur. Heykəlin müəllifi heykəltaraş Tutmos hesab olunur, çünki, büst onun emalatxanasında tapılıb. Nefertiti onu görən hər kəsi öz gözəlliyi ilə valeh edirdi. III Reyxin Fuhreri Adolf Hitler özü ilə birlikdə bu qadının büstünü bunkerə aparmışdı. Nasist lideri ölənə qədər onunla ayrılmadığı barədə şayiələr var.