Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Neopatrimonializm

Neopatrimonializm — Ənənəvi patrimonializmin müasir forması olaraq neo-patrimonializm, müasir dövlət təşkilatlanması görünüşü altında ənənəvi idarəetmə formalarına əsaslanan bir idarəçilik formasıdır. Patrimonializmin alt-qrupu olan “sultanlıq” sistemindən fərqli olaraq bu idarəçilik sistemində dövlət rəsmən sultanın şəxsi mülkiyyəti kimi tanınmır. Lakin dövlət rəhbəri idarəçilik baxımından ölkənin sahibidir. Reallıqda isə dövlət və özəl sector arasındakı bütün fərq ortadan qalxmışdır. Avtokratik və ya oliqarxik bir idarəetmə sistemi qurulmuşdur. Neo-patrimonializmdə siyasi idarəetmə ən üst mövqedə olmaqla bərabər ölkə iqtisadiyyatını da tənzimləyir. İqtisadi və siyasi hakimiyyətin bir şəxs bağlı olduğu bu idarəetmə formasında dövlət sərmayə qoyuluşunun əsas hissəsini əlində saxlayır.

Hüquqi dövlətinin yerini fərdiləşmiş rəhbərliyin aldığı bu rejimlərdə, bir növ ənənəvi Big Man (Böyük Adam) mövqesinə sahib olan idarəetmə formalaşır. Big Man ritorikası basqı və səssizləşmə siyasətinə əsaslanır. Neo-patrimonializmdə dövlət əmlakının təkcə fərdi hakimiyyətin idarəçiliyinə verilməsi bu idarəçilik formasının ənənəvi patrimonializm ilə oxşarlıqlarını göstərir. Big Man (Böyük Adam) hakimiyyətinin müddəti nə qədər uzun olsa, rəhbər şəxslə hakimiyyət qurumlarının arasındakı fərq daha da azalacaqdır. 

Zamanla idarəçilik qohumluq və dostluq əlaqələri əsasında qurulan bir klan hakimiyyətinə çevrilir. Neo-patrimonializmin əsas xarakteristikası, bütün ictimai qurumların, xüsusilə məhkəmə sisteminin iqtidar tərəfindən idarəolunan bir vəziyyətə gətirilməsini təmin etməsidir. Neo-patrimonializmin yaratdığı məhkəmə sistemi ölkədə bir inamsızlıq mühiti yaradır.


Previous Page Next Page