Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Nornlar

Nornlar
q.skan. nornir
Nornlar. Yohannes Gehrts. 1889-cu il.
Nornlar. Yohannes Gehrts. 1889-cu il.
Mifologiya german-skandinav mifologiyası
Yer Urd bulağı
Cinsi qadın
Fəaliyyəti tanrılar və insanların talelərini müəyyənləşdirmək
Əlaqəli personajlar fülqyalar, haminqyalar, valkiriyalardislər
Digər mədəniyyətlərdə moyrlar, parkalar, siminq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nornlar (q.skan. norn; cəmdə: nornir) — skandinav mifologiyasında tanrılar və insanların talelərini idarə edən qadın varlıqlar.[1] Onlar Avropa mifologiyalarında digər insan taleyini idarə edən varlıqlarla demək olar ki, eynidilər.

Snorri Sturlusonun "Völvanın kəhanəti" şeirində yazılanlara görə, ən önəmli üç norn olan Urd, VerdandiSkuld Urd bulağında yerləşən bir zaldan gəliblər. Onlar bulaqdan su götürürlər və onun ətrafında qumu əllərinə alırlar. Onlar bu qumu İqqdrasil ağacının üzərinə səpirlər ki, onun budaqları çürüməsin. Bu üç norn güclü qız divlər (yötunlar) kimi təsvir ediliblər. Onların Yötunheymdən gəlməsi tanrıların qızıl dövrünü sona çatdırmışdır. Onlar "Vaftrudnismal" şeirində təsvir olunan Möqtrasir qızları ilə eyni ola bilərlər.[2]

Bu üç tanınmış norna əlavə olaraq, başqa nornlar da var. Onlar bir insanın gələcəyini müəyyənləşdirmək üçün onların doğumunda iştirak edirlər. Xristianlıqdan əvvəlki skandinav cəmiyyətlərində nornların yeni doğulmuş uşaqları ziyarət edildiyinə inanılırdı.[3] Həm bədxah, həm də ki xeyirxah nornlar var idi. Bədxah nornlar dünyadakı bütün faciəvi hadisələrin səbəbkarı, xeyirxah nornlar isə mərhəmətli, adamsevən ilahələr idi.[2]

  1. The article Dis Arxivləşdirilib 2009-09-18 at the Wayback Machine in Nordisk familjebok (1907).
  2. 1 2 The article Nornor Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine in Nordisk familjebok (1913).
  3. Sturluson, Snorri. Gylfaginning // Edda. London, England: J.M. Dent. 1995. səh. 18. ISBN 978-0-4608-7616-2.

Previous Page Next Page






Норни Bulgarian Norne BS Les tres Nornes Catalan Norny Czech Norne Danish Nornen German Νορν Greek Norns English Nornoj EO Nornas Spanish

Responsive image

Responsive image