Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir.[1]