Bu məqaləni vikiləşdirmək lazımdır. |
Oliqopoliya — bazarın elə bir növüdür ki, bu cür bazarlarda sadəcə bir neçə dominant (üstün) firma fəaliyyət göstərir. Bu firmaların hər biri bazarda xeyli yer tutur və qiymətin yaranması prosesinə təsir edə bilir. Oliqopoliyanın xüsusi forması — əgər bazarda sadəcə iki firma olarsa — duopoliya adlanır. Başqa sözlə, oliqopoliya, eyni fəaliyyət sahəsində bir-birinə təsir edəcək qədər az sayda firma qarşısında çox sayda alıcının olduğunu ifadə edir[1].