Koreya ənənəvi memarlığında Ondol(ON-dol; /ˈɒn.dɒl/[1], (koreyaca: 온돌) və yaxud gudeul (koreyaca:구들) Kang adlı yataq sobasına bənzəyən yeraltı isitmə sistemidir, hansı ki odun tüstüsündən birbaşa istilik köçürməsilə qalın döşəmənin altı qızdırılır.
Ənənəvi ondolun əsas komponentləri mətbəx və ya yataq otağından əlçatan agungi(soba), üfüqi və şaquli tüstü keçidləri üçün qaldırılmış hörgü döşəməsi və bacadır. Qızdırılan döşəmə tüstünün istiliyini düzgün paylamaq üçün qurulan daş dirəklərlə dəstəklənir.