Ovirantop (latın dilində:Oviraptor; hərfi mənada «yumurta oğurlayan») - sürünən dinozavrların teropodlar dəstəsinə aid olub, təxminən 75 milyon il əvvəl Monqolustanda yaşamışlar. Onların boyu 2 metrə çatırdı, çəkisi 400 kiloqrama yaxın idi. uzun ayaqlara və qabaq pəncələrə malik idi. Alnında çox da böyük olmayan buynuz var idi. Ovirantopun xarakterik xüsusiyyətlərindən biri onun yumurta üzərində oturması idi, mülahizələrə görə o, dinozavrların bir növü olan prototseratopsların yumurtalarını oğurlayırdı. Oviantop tüklə örtülü idi.