Perqament

Perqament üzərində yazı

Perqament (alm. Pergament‎, yun. Πέργαμον, Perqamon) — heyvan dərilərindən hazırlanmış və yazı yazmaq üçün nəzərdə tutulmuş material.

E.ə. II əsrdə istifadə olunmağa başlanmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmamış qoyun, dana, balıq, ceyran, bəbir və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi.[1]

Perqament üzərində yazı, Mərakeş, 1107-ci il
  1. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.

Perqament

Dodaje.pl - Ogłoszenia lokalne