Pestisid

Pestisidlərin səpələnməsi, Kaliforniya

Pestisid (lat. "pestis" - yoluxucu xəstəlik, "sido" - öldürürəm, məhv edirəm) ― bitki zərərverici və xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq məmulatları, yun, dəri, həmçinin insanheyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddədir.[1][2]

Pestisidlər və ya kimyəvi zəhərli maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məsuldarlığını artırmaq üçün istifadə olunur.

Tədqiqat nəticəsində məlum olmuşdur ki, hər il dünyada istehsal olunan dənli bitkilərin üçdə biri ziyanvericilər və fitopatoloji göbələklər vasitəsilə məhv olur. Bitkilərin ziyanvericiləri və xəstəlik törədənləri əsasən həşəratlar, gənələr, yumuşaq bədənlilər, nemotodlar (həlqəli qurdlar), fitopotogen göbələklər, bakteriyalar, viruslar və bitki mənşəli orqanizmlərdir. Kənd təsərrüfatının əsas ziyanvericilərindən biri də gəmiricilərdir. İnsanlar üçün təhlükəli xəstəliklər və epidemiyalar yayan ziyanverici həşəratlar və gənələrdir. Onlar malyariya, isitmə, ensefalit, vəba, taun kimi qorxulu xəstəliklərin yaranması və yayılmasında əsas rol oynayırlar. Bir sıra dərman preparatları vasitəsilə peyvəndlər aparılır, eyni zamanda kəşf olunan zəhərli kimyəvi maddələrin köməyi ilə epidemik xəstəlikləri yayan ziyanvericilər məhv edilir.[3]

  1. "ПЕСТИЦИДЫ". 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  2. "ПЕСТИЦИДЫ". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  3. "Виды пестицидов и их влияние на организм человека". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.

Pestisid

Dodaje.pl - Ogłoszenia lokalne