Pirkanmaa | |||||
---|---|---|---|---|---|
Pirkanmaa Birkalands | |||||
|
|||||
61°42′ şm. e. 23°43′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Saat qurşağı |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Digər | |||||
pirkanmaa.fi | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Pirkanmaa (fin Pirkanmaa; isv. Birkaland) və ya hökumət sənədlərindəki adı ilə Tampere regionu[4] - Finlandiyanın vilayətidir. Bu vilayət Satakunta, Mərkəzi Finlandiya, Cənubi Ostrobotniya, Pyayat-Hyame, Kanta-Hyame və Cənub-qərbi Finlandiya vilayəti ilə sərhəddədir.
Kokemyaki çayı suayrıcındakı su sahəsinin böyük hissəsi Pirkanmaa vilayətində yerləşsə də, Vanayavesi gölünün bir hissəsi Kanta-Hyame vilayətinə düşür. Vilayətin adı Orta əsrlərdə bugünkü Pirkanmaanın böyük hissəsini əhatə edən Pirkkaladan gəlir.[5] Tampere vilayətin mərkəzi şəhəri və Pirkanmaanın paytaxtı, eyni zamanda vilayətin ən böyük şəhəridir.
Pirkanmaanın ümumi əhalisi 30 sentyabr 2020-ci ildə 520,532 nəfər olmuşdur,[6] bu da onu vilayətlər içərisində Uusimaadan sonra ikinci böyük vilayət edir. Əhali sıxlığı ümumi Finlandiya ortalamasından iki dəfə çoxdur və əhalisinin əsas hissəsi Tampere rayonunda cəmlənib.