Pirobitumlar - adi şəraitdə həll olmayan, yalnız qızdırıldıqda üzvi həlledicilərdə (xloroform, spirt-benzol və b.) həll olan nisbətən yüksək dərəcəli metamorfizmə uğramış bitumlar. Pirobitumlar üç qrupa bölünür: keritlər, elkeritlər və antroksolitlər.