| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | platin, Pt, 78 | |||||
Qrup, Dövr, Blok | 10, 6, d | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 195.084 q/mol | |||||
Elektron formulu | 4f14 5d9 6s1 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) 21.45 q/sm³ q/L | |||||
Ərimə temperaturu | 1768.3 °C (2041.4 K, 3214.9 °F) | |||||
Qaynama temperaturu | 3825 °C (4098 K, 6917 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Ağqızıl[1] və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir.
Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir.
Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır. Kimyəvi adı Pt, atom nömrəsi 78, atom ağırlığı 195,09'dur. Sudan 21 dəfə daha ağırdır və ərimə nöqtəsi çox yüksəkdir (1.769 °C). Təbiətdə bəzən palladium, rodium, iridium, osmium ve rutenium kimi nadir tapılan metallardan bir ya da bir neçəsi ilə qarışıq halda tapılır. Platinin bir çox xüsusiyyətini daşıyan bu metallara "platin metalları" da deyilir. Platin, 18-ci əsrə qədər alimlərin diqqətini çox da çəkmədi. Daha əvvələr platin, ağırlığına görə bəzən saxta qızıl pul istehsalında istifadə edilməkdə idi. Daha əsas platin istehsalçısı ölkələr SSRİ ve Cənubi Afrikadır. Bundan başqa Kanada, ABŞ, Cənubi Amerka, Yeni Zellandiya və İslandiyada da az miqdarda platin çıxarılır. Saf platin gümüşü-ağ (narın platin boz) rəngdə, çətin əriyən, ağır metaldır.