Poqonoforlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: Yarımsinif: İnfrasinif: Fəsilə: Poqonoforlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Siboglinidae (lat. Siboglinidae) — heyvanlar aləminin həlqəvi qurdlar tipinin çoxqıllı qurdlar sinfinə aid heyvan fəsiləsi.
Poqonoforlar həmçinin çoxqıllı həlqəvi qurdlarin buynuzkanallılar dəstəsinə aid Riftiya və Vestimentifera cinslərinin aid olduğu fəsilə kimi də tanınır.
Uzun xitinli və iki tərəfi açıq xüsusi borucuqlarda yaşayırlar. Sapşəkilli qurdabənzər bədəni 4 şöbədən ibarətdir. 2000-ədək çıxıntısı olur. Suda həll olmuş üzvi maddələrlə qidalanır. Poqonoforlar ayrıcinsiyyətlidir. Dənizlərin 20 m vəya daha dərin yerlərində yaşayır. Qalapaqos adaları sularının 2400 m dərinliyində uzunluğu 3 m-dən çox olan nəhəng poqonoforlar tapılmışdır. 7 fəsiləsi və 100 növü var. Alt Paleozoy çöküntülərində qalıqlarına rast gəlmək olur.[2]
Poqonoforlar elm üçün ilk dəfə olaraq 1937-ci ildə İsveç alimi K.E.İohaneson tərəfindən qeyd edilmişdir. Onlar başqa çoxhüceyrəli heyvanlardan (ibtidai süngərlərdən başqa) bağırsağın olmaması ilə fərqlənir.
Poqonoforlar dəniz heyvanlarıdır. Dənizlərin dibində lilin üzərində oturaq həyat keçirir. Poqonoforlar tipinin iki sinfi vardır: yüyənlilər, yüyənsizlər. Hazırda 150 növü məlumdur.