Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Porajmos

Porajmos
İkinci Dünya müharibəsi
Almaniyanın cənubunda yerləşən Asberq şəhərində yaşayan etnik qaraçıların şəhərdən deportasiya edilməsi prosesi 22 may 1940).
Hücum yeri Üçüncü Reyx və onlar tərəfindən işğal olunmuş ərazilər
Hücum hədəfi Qaraçılar
Vaxt 1939–1945
Hücum üsulu Soyqırım, etnik təmizləmə
Həlak olanlar 220.000–500.000
800.000[1]
1.5 milyon nəfər[2]
Təşkilatçılar Üçüncü Reyx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Porajmos", Qaraçı holokostu, Qaraçı soyqırımı (rom. Porajmos; mənası – azərb. Dağıdılma‎), Parrayimos (rom. Porajmos; mənası – azərb. "Kəsmək" , "Parçalamaq" , "Dağıtmaq"‎) və ya Samudaripen (azərb. kütləvi qətliam‎) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyası tərəfindən Şərqi Avropa ərazisində yaşayan qaraçı xalqına qarşı sistematik şəkildə həyata keçirilmiş soyqırım aktı.[3] 1935-ci ilin 26 noyabr tarixində Nürnberq qanunları olaraq tanınan, Avropada yaşayan etnik almanyəhudi xalqlarının sinifləndirildiyi qanunlara yeni əlavələr edilmiş və bununla da qaraçılar irqin təməllərini sarsıdan düşmənlər olaraq təsinfatlandırılmışdır.

Bu dəyişikliklərlə Üçüncü Reyxin gözündə qaraçı ilə yəhudilərin eyni tərəzidə olduğu və aralında heç bir fərqin qoyulmadığı mesajı verilmişdir.[4] Bu səbəbdəndir ki, Holokost soyqırımının gedişatında etnik qaraçıların qətliamlarına da, rast gəlmək mümkündür. Holokost ilə Poraymos tarixi bir-birilə sıx bağlıdır.[4] Tarixçilər 1933-cü ildə Alman Nasional Sosialist Fəhlə Partiyasının hakimiyyətə gəlməsindən və müharibənin sonuna qədər Şərqi Avropada 200–500 min arasında qaraçının öldürüldüyünü təxmin etməkdədir.

Qaraçıların mütləq əksəriyyəti Avropanın dörd-bir tərəfindən yəhudilərin sürətli formada qətliamını icra etmək üçün təşkil edilmiş nasist həbs düşərgələrində öldürülmüşdür.[2] 1982-ci ildə Qərbi Almaniya müharibədən əvvəl və dönəmində qaraçılara qarşı törədilmiş hadisələrin soyqırım olduğunu rəsmən tanımışdır.[5][6] 2011-ci ildə Polşa 2 avqust tarixini Qaraçı Soyqırımı günü kimi qeyd etməkdədir.

  1. Brzezinski, Zbigniew. Out of Control: Global Turmoil on the Eve of the 21st Century. Simon & Schuster (Touchstone). 2010. səh. 10. ISBN 978-1-4391-4380-3. 2020-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  2. 1 2 Hancock, Ian, True Romanies and the Holocaust: A Re-evaluation and an overview // The Historiography of the Holocaust, Palgrave Macmillan, 2005, 383–396, ISBN 978-1-4039-9927-6, 2019-06-09 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2019-04-19
  3. Davis, Mark. "How World War II shaped modern Germany". euronews. 5 May 2015. 19 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2019.
  4. 1 2 "Holocaust Encyclopedia – Genocide of European Roma (Gypsies), 1939–1945". United States Holocaust Memorial Museum (USHMM). 2 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2011.
  5. "Germany unveils Roma Holocaust memorial". aljazeera.com. 24 October 2012. 9 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2015.
  6. "Holocaust Memorial Day: 'Forgotten Holocaust' of Roma finally acknowledged in Germany". Telegraph.co.uk. 27 January 2011. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 March 2015.

Previous Page Next Page