Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Postkommunizm

PostkommunizmŞərqi AvropadaLatın Amerikası, AfrikaAsiyanın bir hissəsində yerləşən keçmiş kommunist dövlətlərində yeni hökumətlərin azad bazar tərəfdarı kapitalist iqtisadiyyatları yaratmağı hədəflədiyi siyasi və iqtisadi transformasiya və ya keçid dövrü. 1989–1992-ci illərdə kommunist partiyasının idarə etdiyi əksər dövlətlərdə kommunist partiyası idarəçiliyi süqut etmişdir. Ağır çətinliklərdən sonra kommunist partiyaları Çin, Kuba, Laos, Şimali KoreyaVyetnamda nəzarəti saxlamışdılar. Yuqoslaviya parçalanmağa başlamış, bu da ölkəni etnik qruplar arasında uzunmüddətli və mürəkkəb müharibələrə səbəb olmuşdur. Sovetyönümlü kommunist hərəkatları idarə etmədikləri ölkələrdə süqut etmişdir.[1][2]

ŞərqQərb blokunun əksər kommunist partiyalarının siyasəti Sovet İttifaqının nümunəsi ilə idarə olunurdu. 1989-cu il inqilablarından və kommunistlərin rəhbərlik etdiyi hökumətlərin süqutundan sonra Şərq blokunun əksər ölkələrində kommunist partiyaları iki fraksiyaya bölünmüşdür: islahatçı sosial-demokrat partiya və yeni daha az islahatyönümlü kommunist partiyası. Yeni yaradılan sosial-demokrat partiyalar, ümumiyyətlə, qalan kommunist partiyalarından daha böyük və güclü idilər. Yalnız Belarus, Ukrayna, Qazaxıstan, Moldova, RusiyaTacikistanda kommunist partiyaları əhəmiyyətli qüvvə olaraq qalmışdır.[3][4]

  1. David Priestland, The Red Flag: A History of Communism (Grove, 2009) pp 346–353.
  2. Robert Service, Comrades: A World History of Communism (2007) pp. 459–460,
  3. David Ost, "The politics of interest in post-communist East Europe." Theory and Society 22.4 (1993): 453-485. online Arxiv surəti 15 may 2021 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2021-05-15 at the Wayback Machine
  4. Gregory Gleason, Markets and politics in Central Asia (Routledge, 2003).

Previous Page Next Page