Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Psixolinqvistika

Dilçilik
Dünya dilləri
Dünya dilləri
Nəzəri linqvistika
Fonologiya

Morfologiya

Sintaksis

Semantika

Praqmatika

Koqnitiv dilçilik

Generativ linqvistika
Deskriptiv linqvistika
Antropoloji linqvistika

Təkamül linqvistikası (müqayisəli-tarixi
dilçilik
, etimologiya)

Fonetika

Sosiolinqvistika
Tətbiqi dilçilik
Kompüter dilçiliyi

Kriminalistika

Dilin mənimsənilməsi

Dil qiymətləndirməsi

Dil inkişafı

Preskriptivizm

Antropoloji linqvistika

Neyrolinqvistika

Psixolinqvistika

Stilistika
Digərləri
Ədəbiyyat

Oxuma

Linqvistik tipologiya

Linqvistikanın tarixi

Dilçilərin siyahısı

Dünya dilləri

Həll olunmamış problemlər
Portal:Linqvistika

Psixolinqvistika (psycholinguistics) – psixologiya və linqvistikanın (dilçiliyin) vəhdətindən yaranmış elm sahəsi. Linqvistika nitqin təşkilini dil qanunlarına uyğun olaraq öyrənir. Psixolinqvistika isə nitqin yaranması prosesinə, nitqin qavranmasına və doğma dillə xarici dilin necə dərk olunmasına müraciət edir. Psixolinqvistika nitqi ilk öncə psixoloji fenomen kimi öyrənən dilçilik sahəsidir. Psixolinqvistikaya görə dil danışanın və dinləyənin, yazanın və oxuyanın daxili dünyası qədər mövcud bir faktordur. Bu sahə "ölü" dilləri öyrənmir, çünki bu zaman qədim yazılarla yanaşı həmin dilləri yaradan cəmiyyətin psixi dünyası gəlib çatmayıb.

Psixolinqvistikanı qismən linqvistika və qismən də psixologiya kimi qiymətləndirmək düzgün deyil. Bu, dili, nitqi öyrəndiyinə görə linqvistikaya və dili müəyyən aspektdən – psixoloji fenomen kimi öyrəndiyinə görə psixologiyaya aid olan kompleks elmdir.

Psixolinqvistika təxminən 50 il bundan öncə ABŞ-də yaranmışdır. Psixolinqvistika termininin özü 1950-ci illərdə ABŞ-də artıq yaranmaqda olan yeni istiqaməti xarakterizə etmək üçün istifadə olunmuşdur. Bu terminin yaranma tarixi 1953-cü il hesab olunur ki, sosial elmlər üzrə aparılan araşdırmaların nəticələrinin müzakirəsi üçün İndiana universitetində universitetlərarası seminar təşkli olunmuşdur.

Psixolinqvistikanın öyrəndiyi sahələrə aiddir:

  • Nitqin yaranması. Nitqin yaranmasının mərhələli xarakteri. Daxili nitqin növləri. Nitq mülahizəsinin böyük və kiçik proqramları.
  • Nitqin qavranması. Nitq söyləmənin formasının qavrayışı və məzmunla mənanın konstruksiyası. Nitq qavrayışının mərhələli xarakteri. Mətnin real həqiqətləri əks etdirmə vasitəsi kimi qavrayışı.
  • Dilin ontogenezi. Anadangəlmə/qazanılmış dil qabiliyyəti. Dil qabiliyyətinin formalaşmasının ilkin şərtləri. Doğma və xarici dillərin öyrənilməsi zamanı yaranan fərq. Ontogenez biliyinin ümumiləşdirilməsinin formalaşdırılması.
  • Nitqi ünsiyyət. Fəaliyyət, ünsiyyət, kommunikasiya və dilin nisbəti. Fəal ünsiyyət sxemi. Ünsiyyətin əlavə modellərin köməyi ilə təsviri. Ünsiyyət prosesinin modeli.

Nitq prosesi təkcə bioloji deyil, eyni zamanda psixoloji faktor olub insanı xarakterizə edir. Yəni daha sadə desək, əgər ünsiyyətdə olduğumuz insanın nitqinə, tez-tez işlətdiyi ifadələrə fikir versək, o zaman həmin insanın xarakteri, onun düşüncəsi haqqında düzgün nəticələr çıxara bilərik


Previous Page Next Page