Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Qaur

Qaur
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü.

Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda HindistandaZond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir. Qaur sıx meşəlik malıdır, gövdəsi çox çox gözəl inkişaf etmişdir, qıçları çox əzələlidir. Buğaların bədən uzunluğu 380 sm, cidov hündürlüyü 186-213 sm-dir. İnəklərin cidov hündürlüyü 172-195 sm-dir. Bunuzlarının uzunluğu 188 sm, iki buynuz arasındakı məsafə 48 sm-dir.

Qaur vəhşi halda Hindistanın, Birmanın dağlıq yerlərindəki meşələrində və Malakka yarımadasında yayılmışdır. Hər iki tip sürətli yerişə malikdir. Yaşlı buğalar adətən anaclardan ayrılıqda gəzir, yalnız cütləşmə mövsümündə dişilərə yaxınlaşırlar. Qaur bu vaxtadək əhliləşdirilməmişdir. Hind tədqiqatçısı Bakerin rəyinə zidd olaraq, qaurun zooparklarda saxlanılması və bu şəraitdə artıb-çoxalması xüsusi ədəbiyyatda qeyd edilmişdir.


Previous Page Next Page






غور (حيوان) Arabic جاور (نوع من الثدييات) ARZ মেঠোন AS Bos gaurus AST Dolavirol (Bos frontalis) AVK Bibos gaurus BE Гаур Bulgarian গৌর Bengali/Bangla Gaur BR Gaur (bòvid) Catalan

Responsive image

Responsive image