Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qlaukonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Strunz təsnifatı | VIII/E.05a[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Qlaukonit - mineral, (K,Ca,Na)<1 (Al, Fe3+, Fe2+, Mg)2 [(OH)2 |Al0,35Si3,65O10]. K→H3O ilə, Si→Al-la əvəz olunur. Vərəqvari silikat. Monoklinik, psevdoheksaqonal. Ayrılma {001} üzrə mükəmməl. Aqreqat: incədənəvər, xırda pulcuqvari. Yaşıl, sarımtıl-yaşıldan rəngsizədək. Sərtliyi 2. Xüsusi çəki 2,4-2,95. Kəskin paramaqnitlidir. Heterogendir - montmorillonit qrupu və hidromika arasında keçid birləşmələrlə təmsil olunub. Bu komponentlərin nisbətindən asılı olaraq kimyəvi və fiziki xassələri dəyişir. Başlıca olaraq dəniz çökmələrində tapılır. Əhəngdaşları, qumdaşları və alevrolitlərdə Fe3+və Fe2+ mineralları ilə assosiasiyada olur; allüvial və elüvial çökmələrdə çöl şpatı və başqa mineralları əvəz edir. Kation mübadiləsi qabiliyyətinə görə suyun duzsuzlaşdırılmasında və bəzi maddələrin rəngsizləşdirilməsində, habelə kalium - arqon üsulu ilə çökmələrin mütləq yaşını təyinində istifadə edilir. Növ müxtəlifliyi: seladonit, manqan-qlaukonit, marsyanskit, natrium-qlaukonit (3% Na2O).