Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qlobigerinalar | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qlobigerinalar |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qlobigerinalar (Globigerinidea) –Foraminifer sinifinin dəstələrindən biri. Nümayəndələri spiral-konus, bəzən yastı spiral formalı çoxkameralı seekresion karbonat qabıqla təmsil olunmuşdur. Qabığın divarı məsaməlidir. Kameralar çox vaxt kürəvi olub üzərində çoxsaylı iynələr yerləşir. Plankton həyat tərzi keçirir. Öldükdən sonra qabıqlar dibə çökərək orqanogen-karbonat lilləri əmələ gətirir. Qlobigerinalar müasir dəniz və okeanlarda suyun üst qatlarında yaşayır və onların əmələ gətirdiyi karbonat lillərə 4000–5000 m-dək dərində rast gəlinir. Qabıqlar dibə çökdükcə çox vaxt pozulub həll olunur. Globigerina və ona yaxın olan cinslərin əmələ gətirdiyi çökmə süxurlar qlobigerina əhəngdaşları adlanır. Stratiqrafik əhəmiyyəti vardır. Yura – müasir.