Qneys | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Qneys — çökmə və ya püskürmə süxurların metamorfizmə uğraması nəticəsində əmələ gələn süxur. Birinci halda paraqneyslər, ikinci halda isə ortoqneyslər əmələ gəlir. Qneys əsas etibarilə çöl şpatlarından, mika, buynuzdaşı (hornblend), qranatlardan, kvars və b. minerallardan təşkil olunmuşdur. Qneys təşkil edən ayrı-ayrı mineral dənələrinin yerləşməsi paralel-təbəqəli quruluşla səciyyələnir.