Qondola

Venesiyanın Dukale sarayının görnüşü, Baş kanalda üzən qondolalar
Venesiya, Santa Mariya della Salute kilsəsinin görnüşü, sahilə yan alan qondola
Baş kanalda üzən qondola

Qondola (it. gondola) Venesiyada bir qayıq növü olub onu idarə edən şəxs isə qondolyer adlandırılır. İlk dəfə XI əsrdə[1] istifadəsinə başlanılmışdır. Ensiz uzun qayıq olub, adətən uzunluğu 11 m, eni isə 1,5 m olur. 2-6 nəfərlik oturacaqlara malikdir. Zamanında Venesiyada bu qayıqlar həm sərnişin, həm də ticarət üçün malların daşınmalarında istifadə olunurdusa, müasir dövrdə həm ekzotik taksi, həm də turist gəzintiləri üçün istifadə olunur. Belə ki Venesiyaya səfər edən hər bir turist bu cür romantik ritual gəzintidən istifadə etməyə çalışır.

Qondola onun sarğı hissəsində ayaq üstə dayanmış qondolyer tərəfindən uzun avar ağacı vasitəsilə idarə edilir. Qondolanın əsas gövdəsi və ona bitişik və yuxarı kandarları, qabırğaları palıd ağacından, göyərtəsi şam ağacından, kənarları və sarğı hissəsi qara şamdan, yan və ön oturacaqlar qoz ağacından, sahilə açılan platforması isə gilas ağacından, qayıq ucluqları cökəfıstıq ağacından, iç üzlük lövhələri qarağacağ şam ağacından hazırlanır. Bir qondola 280 hissədən ibarətdir. Onun hazırlanmasına 500 saat sərf olunur. Bir qondola orta hesabla 25 000 avroya başa gəlir. 2008 ci il qiymətləri ilə 35 dəqiqəlik qondola gəzintisi 80 avro axşam 7:00-dan sonra isə 100 avrodur. Qayığın burun və sarğı ucluqlarına hər biri 22 kq olan buynuzu xatırladan metal zirehlər bərkidilmişdir. Qondolanın immitativ mühərrikli formasına BakınınKiçik Venesiya” adlanan guşəsində rast gəlmək olar.

  1. Neuere Editionen: Istoria Veneticorum. Hg. v. Luigi Andrea Berto. Bologna 1999; La cronaca Veneziana. In: Cronache Veneziane antichissime hg. v. Giovanni Monticolo. Rom 1890, S. 59-171; sowie hg. von G. H. Partz in: Monumenta Germaniae Historica. Scriptores Bd. VII. Hannover 1878

Qondola

Dodaje.pl - Ogłoszenia lokalne