RPG-7

RPG-7
Tipi Qumbaraatan
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1960
İstismar edənlər Keçmiş Varşava Paktı dövlətləri və bir sıra digər dövlətlər
İstehsal tarixçəsi
Konstruksiya tarixi 1961
İstehsalçı Rusiyanın Kovrov silah zavodu
Variantları RPG-7V2 (indiki model)
RPG-7D3 (paraşütçü)
69 RPG (Çin)
RPG-7USA (Picatinny relslər)
B-41 (Viyetnam), (Kamboca)
Xüsusiyyətləri
Ağırlığı 7 kq (boş maqazinlə)
Uzunluğu 950 mm (taxta qundaqla)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

RPG-7 (rus. РПГ-7) — qumbaraatan.

Knut adı verilən bu silah ilk dəfə olaraq, Rusiyanın Kovrov silah zavodunda 1961-ci ildə istehsal edilmişdir. 1962-ci ildə Varşava ordularında xidmətə başladı və bugünə qədər də sinfinin ən təsirli və məşhur silahı olaraq şöhrətini qorumaqdadır. Bu qədər ildən sonra belə bu silah hələ də istehsal olunur. Əvvəlki modeli olan RPG-2 əsas götürülməklə istehsal olunub.

Bütün silah ucuna taxılan raket xaric 6 kq-dır.Bu silah son dərəcə dəqiqdir.

40 mm diametrində, 95.3 sm uzunluğunda çarpma sistemiylə çalışan dəqiqədə 4-6 atım edə bilən 25 metr geri təhlükə bölgəsi olan toplu, yüngül və orta zirehli hədəflərə istifadə edilən dəstək silahıdır. 900 metrdən sonra hədəfin tapıla bilməməsi halında raket özünü məhv etməkdədir.

Möhkəm quruluşu, aşağı qiyməti və təsirli olması onu dünyada ən çox istifadə edilən anti-tank silahı etməkdədir. Bu an etibarilə 40-dan çox ölkə tərəfindən istifadə edilməkdədir. Bunun yanında 9 ölkədə də istehsalı edilməkdədir. Qeyri-nizami və partizan qrupların arasında da məşhurdur. RPG-7-lər 60-lardan bu günə qədərki bütün döyüşlərin çoxunda istifadə edilmişdir.

Ən çox istifadə edilən uyğunlaşdırmaları RPG-7 paraşütçü modeli (asan daşına bilməsi üçün 2 parçaya bölünə bilən) və yüngül Chinese Type 69 RPGdir.

İndiyə qədər 9 milyondan çox istehsal edilmişdir.

  1. 1 2 Revelan conexiones de los Montoneros con Arafat y organizaciones palestinas.

RPG-7

Dodaje.pl - Ogłoszenia lokalne