Raycin | |
---|---|
Mifologiya | şintoizm |
Təsir sahəsi | şimşək |
Cinsi | kişi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Raycin (雷神?) — ilk növbədə buddizmdə, sonra isə Yaponiya şintoizmində şimşək tanrısı.[1] Bir əfsanədə Raycin Yaponiyanı işğalçı monqollara qarşı müdafiə etdiyi göstərilir. Burada monqollar şiddətli fırtına nəticəsində geri çəkilməli olur, bu zaman Raycin buludların arasında dayanaraq işğalçılara şimşək və oxlar atır.[2]
Raycin kabuki pyesi "Narukami"də obrazlardan biridir. Burada o, su hövzəsinin altında həbs edilir və bununla da quraqlığa səbəb olur.[3]